Bakı Metropoliteni 55 illiyi münasibətilə sərgi təşkil edib. Bu haqda bu gün, 27 oktyabr tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
“Bakı metropoliteni - 55. Yolları qovuşduran illər” adlanan sərgi metronun “Gənclik” stansiyasında açılıb. Burada 92 stenddə 117 nadir fotoşəkil görmək olar. Həmçinin hər şəklin altındakı QR-koddan istifadə edərək həmin gün haqda ətraflı məlumat almaq mümkündür.
Sərginin 6 ay davam edəcəyi bildirilir.
[caption id="attachment_76641" align="alignnone" width="640"]
Foto Report.az saytı[/caption]