Bakının Nərimanov rayonunda sakinlər dayanacaqda avtobusun dayanmamasından şikayətçidirlər. Bu haqda 27 oktyabr tarixində Sonxeber.az məlumat verib.
Nərimanov rayonunun Fətəlixan Xoyski küçəsində, Talassemiya Mərkəzi ilə üzbəüz yerləşən dayanacaqda 202 nömrəli avtobus dayanmır. Həmçinin bu xətt üzrə avtobus çox gec gəlir.
Məsələ ilə bağlı Bakı Nəqliyyat Agentliyi bildirib ki, 202 nömrəli avtobus ilə sərnişin daşımaları "Çinar-Trans" MMC şirkəti tərəfindən icra olunur. Və bu şirkətə faktla bağlı dəfələrlə məsələ qaldırılıb. Əğər problem aradan qaldırılmasa xətt başqa daşıyıcıya, yəni yeni bir şirkətə həvalə olunacaq.