top
İnternatda böyüyən qardaşların ev arzusu: gənclər mənzil növbəsinə düşə bilmirlər
07 sentyabr 2022, 07:50
- ↺ +

İnternatda böyüyən qardaşların ev arzusu: gənclər mənzil növbəsinə düşə bilmirlər

Uşaqlıqda valideyn himayəsindən məhrum olmuş və internat məktəbini bitirən qardaşlar dövlətdən onların mənzillə təmin olunmasını xahiş edirlər. Bu haqda bu gün, 7 sentyabr tarixində Bakuplus.az Real TV-yə istinadən məlumat verir.

Səməd və Elməddin Mirzəliyevlər valideynləri tərəfindən 10 yaşında tərk edilərək ailələri tərəfindən Buzovnada yerləşən 13 saylı internat məktəbinə verilmişdirlər. 18 yaşları tamam olanda Səməd və Elməddin internat məktəbindən məzun olublar. Bundan sonra hərbi xidmətə yollanan qardaşlar tərxis olandan sonra Bakıya qayıdıblar. Aylarla küçələrdə gecələyib, fəhləliklə məşğul olublar.

Hazırda 28 yaşları olan qardaşlar internat evində dostlaşdığı Saleh adlı şəxslə birgə kuryer kimi fəaliyyat göstərirlər. Gənclər 1 otaqlı, 1 çarpayılı, 1 pəncərəli, sanitar qovşağı olmayan evdə 100 manata kirayə yaşayırlar.

Qardaşlar kimsəsiz uşaqlar üçün tikilən evlərdən mənzil istəyirlər. Bunun üçün dəfələrlə aidiyyati üzrə qurumlara müraciət etsələr də, növbəyə düşə bilməyiblər. Mənzil almaq istəyən tək Elməddin və Səməd deyil. Hələ 9 yaşı olanda ailəsi tərəfindən internat evinə verilən Saleh də bunun arzusundadır. Salehin qalmağa yeri olmadığından işlədiyi yerdə gecələyir. Onun sözlərinə görə, dəfələrlə ev almaq üçün mənzil növbəsinə dayansa da, cəhdləri boşa çıxıb.

3 gəncin arzusu ilə bağlı müraciətə Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin departamentin rəhbəri Vügar Babakişiyev bildirdi ki, valideyn himayəsindən məhrum gənclərin məznillə təmin edilməsi üçün qeydiyyatda olduqları rayon icra hakimiyyəti (RİH) tərəfindən siyahıya alınmalı və nazirliyə təqdim edilməlidir. Sözügedən şəxslərin müraciətləri ilə bağlı nazirlikdə heç bir məlumat yoxdur.

Gənclərin qeydiyyatda olduğu Ağsu RİH-dən isə bildirildi ki, həmin vətəndaşlar RİH-yə müraciət edəndən sonra onlar ev növbəsinə götürüləcək və problemləri həll olunacaq.

Son xəbərlər

Xəbər
Dünən, 18:00

"Qızıl Saray"da yararsız ətlər tapıldı

Xəbər
Dünən, 17:02

Tbilisiyə hər gün 4 reys olacaq - Biletlər 36 manatdan başlayır...

Xəbər
Dünən, 16:32

Bakıda 3 gün yağış yağacaq - XƏBƏRDARLIQ/YENİLƏNİB

Xəbər
Dünən, 15:57

Ramiz Mehdiyevin ailəsinin BOKT-ı ləğv edildi

Xəbər
Dünən, 15:09

Bakıda qumardan 5 milyon qazanan dəstə həbs olundu - VİDEO

Xəbər
Dünən, 14:30

Sabah Nizami rayonunun bəzi ərazilərində su kəsiləcək

Xəbər
Dünən, 12:50

Bakıda 36 kiloqram narkotik vasitə aşkarlandı

Xəbər
Dünən, 12:26

Xırdalanda 2 həftə əvvəl yıxılan kişi öldü

Xəbər
Dünən, 11:35

Ötən gün 56 cinayətin açılması təmin olunub

Xəbər
Dünən, 10:44

İnterpolun axtardığı şəxs Polşadan Azərbaycana göndərildi

Xəbər
Dünən, 10:28

Azərbaycan yığması bu gün Lixtenşteynlə qarşılaşacaq

Xəbər
Dünən, 09:47

Bu gündən əsgərlər ehtiyata buraxılır

Aktual Xəbərlər
Dünən, 00:10

1 oktyabr 2020: Vətən Müharibəsinin beşinci günü

Xəbər
30 sentyabr 2026, 18:00

Azərbaycanın sabiq deputatı "Ahıllar evi"nə yerləşdirilib

Xəbər
30 sentyabr 2026, 17:36

İllik elektron pul köçürmələrində yeni hədd: aylıq 50 min manat - YENİLƏNİB

Xəbər
30 sentyabr 2026, 17:05

Bakıda elektron qəlyana görə adam öldürməyə cəhd edən yeniyetməyə HÖKM OXUNDU

Xəbər
30 sentyabr 2026, 15:56

Bakıda yaşayan Diana Pakistanda təcavüzə məruz qaldı  - vətənə göndəriləcək

Xəbər
30 sentyabr 2026, 15:30

"Su günlərdir ki, boş-boşuna axır" - ŞİKAYƏT

Xəbər
30 sentyabr 2026, 15:00

Ombudsmanın maaşı 4 dəfə artırıldı - 12 min manat oldu

Xəbər
30 sentyabr 2026, 14:37

Rəssam  77 yaşında vəfat etdi

Xəbər
30 sentyabr 2026, 14:07

Azərbaycan əsilli SABI özəl çıxışına görə 100 min dollar qonorar alıb

Xəbər
30 sentyabr 2026, 13:26

KFC-də masanın üstündən telefon oğurladı - Cəzası bəlli oldu

Xəbər
30 sentyabr 2026, 12:56

Bakıda sabahın hava proqnozu

Xəbər
30 sentyabr 2026, 12:07

Qapını döydülər, cavab gəlmədi - Xilasedicilər çağırıldı

Oxşar xəbərlər