Musiqiçi Orxan Zeynallı əlavə konsert verəcək. Bu haqda bu gün, 20 oktyabr tarixində Bakuplus.az repçinin İnstagram səhifəsinə istinadən xəbər verir.
Bakıda, “Elektra Events Hall”da keçiriləcək 1-ci konsertə bütün biletlər 24 saatdan az vaxta satılıb. Böyük tələbatı nəzərə alaraq musiqiçi 2 gün ard-arda konsert verəcəyini açıqlayıb.
2-ci konsert 21 noyabr saat 20:00-da “Elektra Events Hall”da təşkil olunacaq. Biletlər artıq İticket.az-ın saytı və kassalarında satışdadır. Qiymətlər 30-200 AZN arası dəyişir.