Bakıda “BİZİMKİLƏR” festivalı çərçivəsində yarmarka keçiriləcək. Bu haqda 13 sentyabr tarixində Bakuplus.az handicraft_baku İnstagram səhifəsinə istinadən məlumat verir.
“Passage 1901” restoranında sentyabrın 30-dan oktyabrın 2-nə kimi «Bizimkilər FEST» adlı yarmarka təşkil olunacaq.
Tədbirin cədvəli:
- 30 sentyabr - “#WAKEUPARTISTS!” Günü - Həmin gün Azərbaycanın illüstratorlarının, rəssamlarının və heykəltaraşlarının işləri təqdim olunacaq;
- 1 oktyabr - “Crafts&Handmade!” günü - ziyarətçilərə əl işi olan məmulatlarla keramika, ev üçün dekor, müxtəlif oyuncaqlar, xalça məmulatları təqdim olunacaq;
- 2 oktyabr - “Fashion&Beauty!” günü - müxtəlif yerli brendlərin dizayn aksessuarları, kosmetika və geyimləri təqdim olunacaq.