Bakının Nəsimi rayonu, Ü.Hacıbəyli küçəsində 10 gündür ki, işıqfor nasaz vəziyyətdə qalır. Bu haqda bu gün, 24 dekabr tarixində Bakuplus.az məlumat verir.
Müraciət edən sakinlərin sözlərinə görə, vətəndaşlar uzun müddət gözləyirlər ki, yolu keçsinlər, lakin işıqfor 10-15 dəqiqə ərzində qırmızı işıqda qalır, sonra isə piyadalar üçün 2-3 saniyəlik yaşıl işıq yanır. Bu müddət ərzində piyadalar yolu keçməyə çatdırmır və icazə verilən istiqamətdə hərəkətini davam etdirən avtomobillərin təkərləri altında qalmaq riski ilə üzləşirlər.