Bakıda tarixi binaların təmiri ilə bağlı yeni bədxah tendensiya yaranıb. Bu haqda BakuPlus.az SaveBaku-ya istinadən bu gün, 19 sentyabr tarixində xəbər verir.
Tarixi binanın daş fasadına qulluq edib təmizləmək əvəzinə, onu rəngləyirlər.
Memar Elçin Əliyev qeyd edir ki, bu, cinayətin qarşısını almağa borclu olan Mədəniyyət Nazirliyinin əməkdaşlarının tam razılığı və reaksiyasızlığı ilə baş verir:
“Şəhərin tam mərkəzində, 28 May küçəsində, polşalı memar Yozef Ploşko tərəfindən layihələndirilən, dövlət tərəfindən qorunan bina (yazı № 2895, səh.127) qalıb müdafiəsiz. Nə edək? Kimə müraciət edək? Binanı kim qoruyacaq? Kömək edin!”.
[caption id="attachment_70384" align="alignnone" width="640"]
Foto Save Baku İnstagram səhifəsi[/caption]