Paytaxtın Yasamal rayonunda icra başçısı sakinlərlə görüşüb. Bu haqda bu gün, 26 dekabr tarixində Bakuplus.az rayon İcra Hakimiyyətinə istinadən xəbər verir.
Tədbirdə sakinlər, eləcə də rəsmi qurumların nümayəndələri iştirak ediblər.
Görüşdə mənzillə təminat, qanunsuz tikililər, tikililərin dövlət ehtiyacları üçün alınması, məşğulluq kimi məsələlər müzakirə olunub. Sakinlərin şikayət və təklifləri dinlənildikdən sonra onların həlli üçün yerində müvafiq tapşırıqlar verilib.
Səyyar qəbulların bundan sonra da davam etdiriləcəyi bildirilir.
[caption id="attachment_84703" align="alignnone" width="640"]
Foto Yasamal rayon İcra Hakimiyyətin rəsmi saytı[/caption]