Bakının Heydər Əliyev Mərkəzinin parkında 17-18 sentyabr tarixlərində “Art Festival” keçiriləcək. Bu haqda bu gün,12 sentyabr tarixində Bakuplus.az məlumat verir.
Tədbir “10 il sizinlə” şüarı ilə təşkil olunur. Festivalın məkanı 15 zonadan ibarət olacaq. Festivalda incəsənətin müxtəlif sahələrinə: xalçaçılıq, rəssamlıq, heykəltaraşlıq, foto, moda, əl işi sənətkarlığı, teatr və digər sahələr üzrə nümayişlər və müxtəlif master-klaslar keçiriləcək.
İki gün davam edəcək festivalda iştirak sərbəstdir.