Bakıda alış-veriş Festivalı keçiriləcək. Bu haqda bu gün, 5 noyabr tarixində Bakuplus.az Azərbaycan Pərakəndə Geyim İdxalçıları Assosiasiyasına istinadən xəbər verir.
Festivalda 68 dünya geyim brendi iştirak edəcək. Müxtəlif brendlərdən 20%-dən 50%-ə qədər endirimlər, eləcə də, xüsusi endirim aksiyaları və kuponları təklif ediləcək.
Tədbir 6-20 noyabr tarixlərində seçilən Ticarət Mərkəzləri və şəhərin müxtəlif mağazalarında təşkil olunacaq.