Bakıda polis əməkdaşları sükan arxasında halı pisləşən qadın sürücüyə ilkin tibbi yardım göstərərkən onu xilas ediblər. Bu haqda bu gün, 3 oktyabr tarixində Daxili İşlər Nazirliyinə istinadən Bakuplus.az məlumat verir.
Verilən məlumata əsasən, epilepsiya xəstəliyindən əziyyət çəkən qadın avtomobil idarə edərkən qıcolma keçirib. Polis əməkdaşları müdaxilə edərək onu xəstəxanaya aparıblar.
Həkimlərin müdaxiləsi nəticəsində qadının səhhəti normallaşıb. Hazırda onun həyatı üçün təhlükə yoxdur.
[video width="848" height="480" mp4="https://bakuplus.az/storage/photos/2022/10/whatsapp-video-2022-10-03-at-09.04.481.mp4"][/video]