İki prezident təqaüdçüsü Bakı Dövlət Universitetinin Hüquq fakültəsində təhsil alan Həmidə və Nəzrin Sadıqova bacıları olub. Bu haqda bu gün, 4 oktyabr tarixində Bakuplus.az məlumat verir.
Prezident təqaüdünə layiq görülənlərdən 10 nəfər BDU-nun tələbəsidir.
Bu il yanvarın 1-dən prezident təqaüdünün məbləği 250 manatdır.
Prezident İlham Əliyev 3 oktyabr tarixində 2022/2023-cü tədris ilində Azərbaycanın ali təhsil müəssisələrinə yüksək balla daxil olmuş 102 tələbəyə Prezident təqaüdünün verilməsi haqqında Sərəncam imzalayıb.