Paytaxtın mərkəzində yerləşən Qış parkında təmir-bərpa işləri aparılır. Bu haqda bu gün, 21 dekabr tarixində Bakuplus.az xəbər verir.
Azərbaycan Dram Teatrının qarşısında plitələr sökülüb, ərazidə qazıntı işləri aparılır. Sahəyə xüsusi texnika cəlb olunub. Piyadaların hərəkəti qismən məhdudlaşdırılıb.
Bildirilir ki, qazıntılar həmin ərazinin altından keçən su borularını təmir etmək üçün aparılır. Belə ki, içməli su borularında tez-tez qəza baş verir. Hətta bu yaxınlarda oradan keçən yeraltı keçidi də su basmışdır. Bu səbəbdən də su boruları əsaslı təmir olunur, onlara rahat müdaxilə etmək üçün xüsusi otaqlar yaradılır.
[URIS id=84037]