UEFA Avropa Liqasının “Qarabağ” - ”Nant” matçında 1 dəqiqəlik sükut üçün müraciət edilib. Bu haqda bu gün, 14 sentyabr tarixində Bakuplus.az xəbər verir.
Komandamızın baş məşqçisi Qurban Qurbanov oyundan əvvəl keçirilən mətbuat konfransı zamanı bildirib ki, şəhidlərimizin xatirəsinin 1 dəqiqəlik sükutla yad edilməsi üçün UEFA-ya rəsmi müraciət göndərilib.
"Nə qərar verəcəklərini sabah bizə bildirəcəklər", - deyə baş məşqçi əlavə edib.
“Qarabağ” - ”Nant” oyunu 15 sentyabr saat 20:45-də Tofiq Bəhramov adına Respublika stadionunda başlayacaq.