top
Rəsulzadə qəsəbəsinin sakinləri kommunal şəraitlərindən narazıdırlar
20 dekabr 2022, 09:00
- ↺ +

Rəsulzadə qəsəbəsinin sakinləri kommunal şəraitlərindən narazıdırlar

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Binəqədi rayonu, Rəsulzadə qəsəbəsinin keçmiş Stroydetal küçəsinin rəsmi adı ləğv edilsə də, heç vaxt yenisi ilə əvəz olunmayıb. Lakin küçə adı ilə yanaşı, burada yaşayan sakinlər daha 3 problemdən danışıblar. Bu haqda bu gün, 20 dekabr tarixində Real TV məlumat verib.

İlk problem qəsəbəni əhatə edən qamışlıq ərazinin zibilxanaya çevrilməsidir. Sakinlərin sözlərinə görə, buranın əsl zibil poliqonuna çevrilməsində yük maşınları ilə tullantıları bu sahəyə tökənlərin rolu böyükdür. Üst-üstə yığılan tullantılar zamanla zərərli həşəratların, gəmiricilərin, ilanların yuvasına çevrilib.

Sakinlərin üz-üzə qaldığı digər problem yağışlı havalarda onları çətinə salan yollardır. Şikayətçilərin sözlərinə görə, təxminən 10 ay öncə su və kanalizasiya xəttində boru təmiri işləri aparılarkən yollar bu hala düşüb. Üstəlik yolayrıcının çökək olması burada böyük gölməçənin meydana gəlməsinə səbəb olur.

Daha bir problem - kanalizasiya xəttinin olmamasıdır. Qəsəbəni əhatə edən qamışlıq zibillərin, digər tərəfdən isə kanalizasiya sularının anbarına çevrilib. Dayanmadan çirkab suların axıdılması dəhşətli üfunətə səbəb olur.

Hər 3 problemlə bağlı aidiyyəti üzrə qurumlar açıqlama verib. Məişət tullantıları ilə bağlı rəsmi açıqlamada bildirildi ki, qeyd olunan ərazidə zibillərin atılması üçün qutular mövcuddur. Lakin həmin ərazidə yaşayan bəzi sakinlər tərəfindən məişət tullantıları əksər hallarda zibil qutularına deyil, ərazidən keçən magistral neft kəmərinin ətrafına atılır. Neft kəmərlərinin keçdiyi ərazilərin mühafizə zonalarına atılan müxtəlif növ tullantıların təmizlənməsi məqsədilə müvafiq qurumlara müraciət edilib. Həmçinin bildirilib ki, sözügedən ərazidə təmizlik işlərinin yerinə yetirilməsi üçün lazım olan bütün şəraitlər yaradılacaq.

Kanalizasiya problemi ilə bağlı “Azərsu” ASC-nin rəsmisi Anar Cəbrayıllı bildirdi ki, həmin ərazidə mərkəzləşdirilmiş kanalizasiya infrastrukturunun olmadığından xəbərdardırlar. O, həmçinin əlavə etdi ki, Abşeron yarımadasının master planına uyğun olaraq, ilkin araşdırma işləri aparılıb və gələcəkdə mərkəzləşdirilmiş infrastruktur yaradılacaq.

Küçənin asfalt problemi ilə bağlı isə Anar Cəbrayıllı araşdırma apararaq bildirdi ki, sözügedən ünvanda “Azərsu” ASC tərəfindən heç bir bərpa işi görülməyib. Ona görə yolların təmiri ilə bağlı qurum heç bir məsuliyyət daşımır. Məhz bu səbəbdən sakinlər məsələnin həllinə görə digər qurumlara müraciət etməlidirlər.

[caption id="attachment_83907" align="alignnone" width="640"]Rəsulzadə qəsəbəsi Foto Real TV rəsmi Youtube kanalı[/caption]

Son xəbərlər

Aktual Xəbərlər
Dünən, 17:55

Bakıda məktəbdə jurnalistləri döyən üç nəfər məsuliyyətə cəlb edilib

Binəqədi
Dünən, 16:45

Bakıda müdir işlədiyi supermarketi taladı: 11 min manatlıq çipsi...

Xəbər
Dünən, 15:02

2 yaşlı uşağın ölümündən sonra dayə yoxa çıxıb – ƏMİSİ DANIŞDI

Xəbər
Dünən, 14:40

ADY qatarlarında 9 ayda 800-dən çox əşya unudulub

Xəbər
Dünən, 13:27

Qızıl almaq istəyənlərə ŞAD XƏBƏR

Xəbər
Dünən, 13:02

Azərbaycanda sürücülük vəsiqəsi alan QADINLARIN SAYI rekord qırıb

Xəbər
Dünən, 12:48

"VİP Motors"un təsisçisi direktoru məhkəməyə verdi

Xəbər
Dünən, 12:19

Azərbaycanda bir ildə 95 mindən çox abort qeydə alınıb

Xəbər
Dünən, 11:29

Azərbaycanda terrorçuluqla bağlı cinayət işi: 8 nəfərə hökm oxundu

Xəbər
Dünən, 11:19

Media işçilərini döyən şagird iki il sinifdə qalıbmış

Xəbər
Dünən, 10:25

Amnistiya alan məhkumlarla bağlı mühüm qərar: cəza necə hesablanacaq?

Siyasət
Dünən, 10:20

Yeni ombudsman seçiləcək

Xəbər
Dünən, 09:43

Məktəbdəki insidentlə bağlı açıqlama

Xəbər
Dünən, 09:28

Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq

Xəbər
Dünən, 00:01

29 oktyabr 2020-ci il: Vətən müharibəsinin 33-cü günü

Xəbər
28 oktyabr 2026, 17:10

Bakı Şəhər Statistika İdarəsinin rəisi vəzifəsindən azad edilib

Xəbər
28 oktyabr 2026, 16:31

Məmurlar hansı hallarda vəzifədən getməli olacaqlar?

Xəbər
28 oktyabr 2026, 15:43

Azərbaycanda nikahların sayı azalır

Siyasət
28 oktyabr 2026, 15:13

Ramiz Mehdiyev AMEA üzvlüyündən çıxarılıb

Xəbər
28 oktyabr 2026, 13:07

Azərbaycanda kişilərin və qadınların orta boyu və çəkisi açıqlanıb

Xəbər
28 oktyabr 2026, 10:55

Yasamalda məktəbdə faciə: 7-ci sinif şagirdinin ölümünün təfərrüatı

Siyasət
28 oktyabr 2026, 10:53

Prezident: "Azərbaycanda korrupsiyaya qarşı mübarizə sahəsində ardıcıl tədbirlər həyata keçirilir"

Xəbər
28 oktyabr 2026, 10:13

Xırdalan dairəsində avtomobil açıq lüka düşüb - VİDEO

Xəbər
28 oktyabr 2026, 00:05

Ermənistanın Bərdədə törətdiyi növbəti terror hadisəsindən 6 il ötür

Oxşar xəbərlər