Xalq artisti Röya Ayxan sentyabr ayına olan konsertlərini təxirə salıb. Bu haqda 14 sentyabr tarixində Bakuplus.az məlumat verir.
Müğənni İnstagram-da yaydığı açıqlamada bildirib ki, bu cür addım sərhəddəki gərginlik və Azərbaycan ordusunun 50 şəhid verməsi ilə əlaqədardır.
Röya Ayxan sentyabrın 18-də İstanbulun “Turkcell Vadi” səhnəsində, 22-25 sentyabr tarixlərində Bakı Konqres Mərkəzində planlaşdırılan konsertləri qeyri-müəyyən vaxtadək təxirə salıb:
“Hadisələri mən də izləyirəm, çox təsirlənmişəm. Balalarımız, oğullarımız şəhid oldu. Hər bir ananın acısı bizim də acımızdır. Məni də öz yanınızda bilin. Kədərinizi hiss edirəm. Mən bu məqamda İstanbul və Bakı konsertlərimi təxirə saldım. Belə dövrdə mahnı oxuya, əylənə bilmərəm. İstədim ki, bu qərarımdan xəbəriniz olsun. Xalqımın yanındayam, dərdinə şərikəm. Allah şəhidlərimizə rəhmət eləsin, yaralı əsgərlərimiz şəfa tapsın”.
[caption id="attachment_69922" align="alignnone" width="640"]
Foto Röya Ayxanın İnstagram səhifəsi[/caption]