top
Real alış-veriş niyə azalır? – Ekspertlərdən ÖZƏL AÇIQLAMA
14 fevral 2025, 09:00
- ↺ +

Real alış-veriş niyə azalır? – Ekspertlərdən ÖZƏL AÇIQLAMA

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Dünyanın əsas e-ticarət platformalarından biri və Türkiyənin aparıcı e-ticarət platforması “Trendyol” Azərbaycandan olan müştərilərinin 2024-cü il üzrə alış-veriş məlumatlarını paylaşıb.

Ötən il ərzində “Trendyol” Azərbaycana 20 milyondan çox məhsul göndərib. Müştərilərin ən çox sifariş etdiyi məhsullar qadın geyimləri, idman ayaqqabısı, kosmetika, dəriyə qulluq vasitələri və ev və mətbəx əşyaları olub. “Trendyol”dan ən çox sifariş olunan məhsullar arasında geyim 60%-dən yuxarı olmaqla yenə də birinci yeri tutub.

Bəs görəsən, nağd, real alış-verişin getdikcə azalmasının, e-ticarətin artmasının səbəbləri nədir? İqtisadi baxımdan hansı vəziyyət yarana bilər?

Mövzu ilə bağlı Bakuplus.az-a açıqlama verən iqtisadçı Emin Qəriblinin sözlərinə görə, istehlakçının onlayn satış platformalarından istifadə imkanlarının genişlənməsi vətəndaş məmnunluğunu artırır:

“Hökumətlərin yürütdüyü siyasət, konversiya banklarının daxili və korporativ siyasətləri ona yönəlib ki, nağdsız ödənişlər daha çox olsun. Heç yerə getmədən hətta nisbətən ucuz qiymətə xaricdən məhsul əldə edirik. Bu yaxşı imkanlar yaradır. Kölgə iqtisadiyyatının payını azaltmaq üçün sahibkarlara güzəştlər verir ki, nağdsız hesablaşmalar artsın. O da öz növbəsində şəffaflığın təminatçısı rolunu oynayır. Bu, istehlakçının vətəndaş məmnunluğunu da artırır. Məsafədən ticarət etmək olur. Bütün bu addımlar ona gətirib çıxarır ki, gələcəkdə nağdsız hesablaşmalar artacaq. ABŞ-də ticarət mərkəzlərinin sayı getdikcə azalır.

Bunun özünün də müsbət və ya mənfi tərəfləri var. Gileylənirlər ki, elektron ticarət nəticəsində biz işsiz qaldıq. Bəli, bu, dünyanın problemidir. İşsizlərin sayı arta bilər. Amma digər tərəfdən daha çevik və savadlı insanlar yeni qazanc mənbəyi əldə edəcəklər.

Yeni sənaye inqilabına keçid fəsadlarla müşayiət olacaq. Bu, beynəlxalq tədbirlərdə də qeyd olunub. Prosesi müsbət dəyərləndirirəm. Elektron ticarət azalsa, 10 il sonra daha böyük fəsadlarla qarşılaşa bilərik”.

İqtisadçı-ekspert Asif İbrahimli qeyd edib ki, müasir dövrün əsas prioriteti rəqəmsallaşmaya və onlayn satış əmsalına keçiddir:

“Tarix boyu ticarətin özünün qayda-qanunları olub. Dövr keçdikcə bütün sahələrdə inkişaf getdiyi kimi ticarətdə də inkişaf gedir. İnsanlarda vaxt meyarı ön plana çıxdığı üçün alış-verişə zaman xərcləmək istəmirlər. Daha ucuz, keyfiyyətli və səmərəli məhsulu, özü də istehsalçıdan birbaşa almağı üstün tutur. Bu da təbii haldır. Zaman keçdikcə bu, təkmilləşməyə doğru gedir. Mövcud bazarın qanunauyğunluqlarına tab gətirən oyunçular qala bilirlər.

Müasir dövrdə onlayn ticarət daha çox rəqəmsal tətbiqlərdən istifadə etməklə rahatlaşır. Həyat sürətlənib. Həyat sürətləndikcə də bir çox məsələlərdə müasir dövrün tələblərinə uyğunlaşmalıdır. Bu, onlayn platforma mağazalara ciddi təsirini göstərib. Xüsusən xanımlar daha çox istifadə edir. Bu təkcə Azərbaycanda baş vermir. Dünyanın bir çox ölkələrində də belədir. Mağazalar xaricdə müasir dövrün tələblərinə uyğunlaşmağa çalışırlar. Əyani satış etsələr də, onlayn təqdimatını da etməyə çalışırlar. Dövrün tələbi budur. Vətəndaşlarımız da bu istiqamətdə hərəkət etməlidirlər”.

Ekspert Eyyub Kərimli isə əlavə edib ki, dünyada uzun müddətdir elektron ticarətin dövriyyəsi artır:

“Bunun da iqtisadiyyatımız üçün müsbət və mənfi tərəfləri var. İstehsalçılar üçün böyük imkanlar yaradır. İstehsalçı istədiyi yerə öz məhsulunu sata, geniş bazarlara çıxış əldə edə bilir. Bizim kimi idxaldan asılı olan ölkələrə müəyyən mənfi təsirlər göstərir. Ölkədən həm valyuta çıxır, həm də yerli ticarətə zərbə vurur. İnsanlar daha çox başqa ölkələrdən sifariş edərək yerli ticarət şəbəkələrindən alış-verişi azaldırlar. Bu baxımdan hesab edirəm ki, bizim sahibkarlar da elektron ticarət vasitələrini genişləndirməlidirlər. Onlayn platformalarda iştiraklarını artırmalıdırlar, satış kanallarını genişləndirməlidirlər.

Çünki bu - gələcəyin tələbidir. Burada geri qalan rəqabətdə qalib ola bilməyəcək, müflis olmaq təhlükəsi ilə üzləşəcəkdir. Lakin hesab edirəm ki, elektron ticarət genişləndikcə sahibkarlar da buna uyğunlaşacaqlar. Onlayn platformalar ciddi rəqabət mühiti yaradır. Rəqabət mühiti də qiymətlərin münasib olmasına və tənzimlənməsinə şərait yaradır”.

Nəzrin Vahid 

Son xəbərlər

Xəbər
Bu gün, 00:01

Vətən müharibəsinin xronikası: 4 noyabr

Xəbər
Dünən, 18:00

Qardaşına "keçəl" dedi - işə məhkəmədə baxıldı

Xəbər
Dünən, 17:39

Canlı yayımda xəmir yoğuran qadın qəfil vəfat etdi - Bakıda

Xəbər
Dünən, 16:47

Dövlət Ehtiyatları Agentliyinə sədr təyin edilib

Xəbər
Dünən, 15:41

Məktəbin həyətini kafelər və avtomobillər zəbt edib? - İDDİA

Xəbər
Dünən, 14:40

Sabah Bakıda hava çiskinli olacaq

Aktual Xəbərlər
Dünən, 13:46

Mobil telefonlar da POS-terminal hesab ediləcək

İdman
Dünən, 12:45

"Neftçi" rekorda imza atdı

Siyasət
Dünən, 12:19

Səbinə Əliyeva yenidən Ombudsman seçilib

Xəbər
Dünən, 11:56

Himayədar ailələrə verilən uşaqların sayı açıqlanıb

Xəbər
Dünən, 11:40

Bakıda məktəbdə sinif yoldaşını yandıran şagirdin ittihamı ağırlaşdırıldı

Xəbər
Dünən, 11:31

İlham Əliyev Laosun yeni səfirini qəbul edib

Xəbər
Dünən, 11:01

Bakıda özəl məktəblərdə təhsil haqları - SİYAHI

Xəbər
Dünən, 10:26

Atasına "tez ol, ödə, düş" deyən taksi sürücüsünü YUMRUQLADI

Xəbər
Dünən, 10:22

Azərbaycanda neçə çoxuşaqlı ailə var?

Xəbər
Dünən, 09:59

Qazi evini təmir etdirmək istədi, dələduzların toruna düşdü

Siyasət
Dünən, 09:30

Bu gün yeni ombudsman seçiləcək

Xəbər
Dünən, 09:26

Bakı Mühəndislik Universiteti 435 min manatlıq material alacaq

Xəbər
Dünən, 09:16

Bakının 4 rayonunda elektrik olmayacaq

Xəbər
02 noyabr 2026, 18:00

İçərişəhərdəki bir ünvan Qoruq İdarəsinin balansından çıxarıldı

Xəbər
02 noyabr 2026, 17:10

Azərbaycanda 15 yaşlı qız hamilə qaldı - əsgər həbs edildi

Xəbər
02 noyabr 2026, 16:16

Bakıda qadın 9 ay hamilə olduğunu bilmədən beşinci övladını dünyaya gətirdi

Xəbər
02 noyabr 2026, 15:55

Monteneqroda saxlanılan Azərbaycan vətəndaşı ekstradisiya ediləcək

Xəbər
02 noyabr 2026, 15:27

Anasını döyən "xeyriyyəçi" tiktoker saxlanıldı

Oxşar xəbərlər