Bakıda 2 nəfərin meyiti tapılıb.
Bakuplus.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Məlumata görə, nazirliyin "112" qaynar telefon xəttinə Bakı şəhərində bağlı qapı arxasında qalma ilə bağlı müraciətlər daxil olub.
Həyata keçirilən üç əməliyyat tədbiri nəticəsində 2 nəfər (uşaq) xilas edilib, 2 nəfərin meyiti isə aidiyyəti üzrə təhvil verilib.