Bakının Yasamal rayonu, A.M.Şərifzadə, 156 ünvanında yaşayan sakinlər nasaz kanalizasiya borusundan narazıdır. Bu haqda bu gün, 16 dekabr tarixində Bakuplus.az məlumat verir.
Çirkab sular lükdən axır və uşaq meydançasını su basaraq antisanitar vəziyyət yaradır. Həyətdə üfunət qoxusundan dayanmaq olmur.
Vətəndaşlar aidiyyəti strukturlardan problemin həll edilməsini xahiş edirlər.