Şərq Bazarında "iZ.community" Qadınlar birliyi qadın sahibkarlara dəstək məqsədilə satış-sərgi yarmarkası keçirəcək. Bu haqda 18 avqust tarixində Bakuplus.az məlumat verir.
Yarmarka 27-28 avqust tarixlərində saat 12:00-dan 18:00-a kimi təşkil olunacaq. Burada əl işləri, interyer dizayn, kosmetika, aksesuarlar, geyim, qab-qacaq, ərzaq məhsulları, şirniyyatlar, suvenirlər kimi müxtəlif sahələri təmsil edən 100 qadın sahibkar bir araya gələcək.
Yarmarkaya cəmiyyətimizin aktiv qadınları dəvət ediləcək, onların arasında media simaları, məşhur blogerlər, jurnalistlər, teleaparıcılar yer alacaq.
Giriş sərbəstdir.