Rus Dram Teatrının səhnəsində “Mən, sən, o və telefon” tamaşasının premyerası olacaq. Bu haqda 24 sentyabr tarixində Bakuplus.az məlumat verir.
Səməd Vurğun adına Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının səhnəsində oktyabrın 7-si və 8-də Xalq yazıçısı Anarın eyniadlı əsəri əsasında hazırlanmış “Mən, sən, o və telefon” tamaşasının premyerası baş tutacaq. Tamaşanın quruluş müəllifi Sankt-Peterburqda (Rusiya) yaşayan həmyerlimiz, istedadlı rejissor Ərşad Ələkbərovdur. Quruluşçu rəssam Rusiyadan dəvət olunmuş Kristina Danilinadır.
Biletləri teatrın kassalarında və iticket.az saytında əldə etmək olar. Biletin qiyməti 25 manat təşkil edir.