Bakıda “House Dance” rəqsləri üzrə açıq dərs keçiriləcək. Bu haqda bu gün, 29 oktyabr tarixində Bakuplus.az “nerodancecenter”-ə istinadən xəbər verir.
Gənc və bacarıqlı rəqs ustası İvan Soloj 1 noyabr saat 19:00-da paytaxt sakinləri üçün rəqs dərsləri keçəcək.
İvan Soloj 8 il “Just Dance Moscow” studiyasında, 4 il ABŞ-nin Massaçusets ştatında yerləşən “Northfield Mount Hermon School”-da fəaliyyət göstərib.
İştirak etmək üçün 050 995 94 40 və ya 050 394 94 40 nömrələri ilə əlaqə saxlamaq lazımdır.
Ünvan: İçərişəhər, Nigar Rəfibəyli küçəsi 12/14.