Bakıda ilk 30 km/s-lıq zona yaradılır. Bu haqda BakuPlus.az Transport for Baku-ya istinadən bu gün, 12 sentyabr tarixində xəbər verir.
Nişanın müəyyən zonada yerləşmiş bütün yollara şamil edildiyini işarə etmək üçün ( zona üzrə qüvvədə olma) o, açıq fonlu düzbucaqlı üzərində çəkilir. “ZONE” sözü və ya onun tətbiq edildiyi dövlətin dilində ekvivalenti lövhəcikdə nişanın üstündə və ya altında qeyd oluna bilər.
Nişanla göstərilən məhdudiyyət, qadağa və ya göstərişlər barədə konkret məlumat nişanının altında lövhəcikdə və ya əlavə lövhəcikdə əks oluna bilər.
Murtuza Muxtarov küçəsində tətbiq edilən nişandakı sürət həddi həmin zonadakı bütün yollara aid edilir.