Bakının 20 Yanvar dairəsində yol qaydaları pozuntularını qeydə alan kamera quraşdırılıb. Bu haqda bu gün, 20 sentyabr tarixində Avtosfer.az məlumat verib.
Kamera Həsən bəy Zərdabi küçəsinin 20 Yanvar dairəsi ilə kəsişməsində quraşdırılıb. Beləliklə, təhlükəsizlik adacıqlarını və zolaqları ayıran bütöv xəttin tələbini pozan sürücülər cərimələnir.
Bu xətlərdə yol hərəkəti qaydalarını pozan sürücülər 40 manat cərimə olunur.