Salaam Emalatxanası yeni master-klas təşkil edəcək. Bu haqda 31 avqust tarixində Bakuplus.az məlumat verir.
Master-klas 4 sentyabr saat 12:00-da keçiriləcək və sonda iştirakçıların hazırladıqları çantalar özlərinə qalacaq. 2 saat davam edəcək master-klas zamanı kətan çantalardan və akril boyalardan istifadə olunacaq.
Giriş haqqı 15 manatdır və ləvazimatlar, kofe-breyk qiymətə daxildir. İştirak etmək üçün 3 sentyabra kimi Artpub-a müraciət etmək lazımdır.