Bakının Nəsimi rayonu, Salatın Əsgərova, 35 ünvanında yeni yağış kürəbəndi quraşdırılıb. Bu haqda bu gün Nəsimi İcra Hakimiyyətinin (RİH) mətbuat xidməti məlumat verib.
Kürəbənd xətti yolun hərəkət hissəsində, eyni zamanda piyadaların hərəkəti olan səkidə yağışdan sonra yaranmış problemin aradan qaldırılması üçün çəkilmişdir.
Həmin ünvanda yağış barmaqlıqları qoyulub, ümumi kanalizasiya xəttinə birləşdirilib. Bununla da toplanan yağış sularının ümumi kanalizasiya xəttinə axıdılması üçün şərait yaradılıb.
[URIS id=84074]