top
Şəhid anası: Balama bənzəmək istəyən şagirdlərimlə təsəlli tapıram
Foto
27 sentyabr 2026, 12:22
- ↺ +

Şəhid anası: Balama bənzəmək istəyən şagirdlərimlə təsəlli tapıram

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Bakı şəhəri R.Əliyev adına 254 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi Xuraman Məmmədova uzun illərdən bəri şagirdlərinə Vətən sevgisindən, qəhrəmanlıqdan, şəhidlərin həyat və döyüş yolundan danışır, şəhid ailələrini məktəbə dəvət edərək uşaqlarda qəhrəmanlara hörmət hissi formalaşdırmağa çalışır. 2023-cü ilin sentyabrından isə o, danışdığı hekayələrin bir hissəsinə çevrilib - şəhid anası olub. Həmin il sentyabrın 19-da Azərbaycan Ordusu tərəfindən həyata keçirilən lokal xarakterli antiterror tədbirləri zamanı onun yeganə oğlu, Daxili İşlər Nazirliyinin Əlahiddə Çevik Polis Alayının çavuşu Rasim Məmmədov Xocavənd rayonunda şəhid olub. Rasim Oktay oğlu Məmmədov 1987-ci il oktyabrın 8-də Bakıda anadan olub. Xətai rayonundakı 254 nömrəli tam orta məktəbdə, sonra isə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında ali təhsil alıb. Azərbaycan Respublikası Silahlı Qüvvələrində hərbi xidmət keçib. Daha sonra Daxili İşlər Nazirliyinin Əlahiddə Çevik Polis Alayında xidmət edib.

Xuraman Məmmədova AZƏRTAC-a açıqlamasında oğlunun həyat yolunu xatırlayaraq deyib: "Rasim mənim yeganə oğlum idi. Yeddi oğula bərabər idi. Çox zəhmətkeş, fədakar, təvazökar idi. Oğul kimi oğul idi. Təxminən 14 il Daxili İşlər Nazirliyinin Əlahiddə Çevik Polis Alayında xidmət edib. Rasim 254 nömrəli məktəbin məzunudur. Mən də 1994-cü ildən burada işləyirəm, Rasim də birinci sinfə burada gedib. Məktəbdə müəllimlərinin sevimlisi idi. Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında onun adına auditoriya açılıb və fəxri təqaüd təsis olunub. Həmin təqaüdü ən yüksək nəticə göstərən tələbə alır. Yoxluğu ilə barışa bilmirəm. İndi məni həyata bağlayan bu məktəbdir, bu təhsil ocağıdır. Otuz ildən çoxdur ki, müəllim işləyirəm. Məktəb mənim üçün çox doğmadır. Mən 2020-ci ildən sonra şəhid ailələri ilə görüşlər keçirirdim, onları məktəbə dəvət edirdim. Sinfimdə vətənpərvər mövzuda nə qədər tədbirlər hazırlamışam. İstəyirdim ki, şagirdlərim şəhidlərimizi tanısın, onlara hörmət etsin, onların balaları kimi qəhrəman yetişsin. Fikirləşirdim ki, şəhid anaları öz balalarının unudulmadığını, onların oğullarına bənzəməyə çalışan yüzlərlə məktəblinin olduğunu görsələr, ürəklərinə su səpilər. İndi isə həmin analar mənə dəstək olmağa, ürək-dirək verməyə gəlirlər. İndi mən balama bənzəmək istəyən şagirdlərimə baxıb təsəlli tapıram".

Müsahibimiz oğlunun xatirəsinin yalnız ailəsində deyil, təhsil aldığı məktəbdə də yaşadılmasından qürur duyur: "Rasim 254 nömrəli məktəbin 2005-ci il məzunudur. Burada adına xatirə lövhəsi qoyulub. Rasimin izlərini oğlumun iki övladında görməyə çalışıram. İstər iş yoldaşlarından, istər məktəb yoldaşlarından, istər xidmət yoldaşlarından soruşa bilərsiniz. Rasimdən inciyən bir nəfər də yoxdur. Rasim elə xeyirxah, yaxşı işlər görüb ki, mən onunla fəxr edirəm".

Xuraman xanım həm müəllim, həm də şəhid anası kimi şagirdlərinə Rasimin və onun kimi Vətən uğrunda canından keçən qəhrəmanların həyatını anlatmağa davam edir. Onun üçün bu gün hər dərs yalnız tədris deyil, həm də oğlunun xatirəsini yaşatmaq, gələcək nəsillərə Vətən sevgisini aşılamaq deməkdir.

Qeyd edək ki, Rasim Məmmədov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif olunub.

Son xəbərlər

Xəbər
Bu gün, 17:45

"Sərxoşluğu mənə xoş gəlmədi" — Bakıda kafedə Polşa vətəndaşını bıçaqladı

Aktual Xəbərlər
Bu gün, 16:27

136 saylı məktəbdəki insidentdə iki şagird xəsarət alıb

Aktual Xəbərlər
Bu gün, 13:33

Məktəbdə yanğın törətməyə cəhddə şübhəli bilinən 6 nəfər saxlanılıb

Aktual Xəbərlər
Bu gün, 12:48

Sabah hava necə olacaq?

Xəbər
Bu gün, 11:44

Dövlət qulluqçusu olmaq istəyənlərin NƏZƏRİNƏ

İdman
Bu gün, 11:17

"Neftçi" azarkeşlərinə görə 5000 manat cərimələndi

Aktual Xəbərlər
Bu gün, 11:01

Qəbul imtahanlarında 3 mindən çox abituriyent 600 balı keçdi

Xəbər
Bu gün, 09:54

Arvadını və qayınatasını öldürən, ömürlük həbsə məhkum edilən şəxs qərardan narazıdır

Aktual Xəbərlər
Bu gün, 09:32

Çempionlar Liqası: "Sabah" Bakıda "Slaviya"nı qəbul edir

Aktual Xəbərlər
Bu gün, 09:20

Əməkdar artist Hamlet Qurbanovun doğum günüdür

Aktual Xəbərlər
Dünən, 17:34

"Qarabağ"da gözlənilməz ayrılıq

Aktual Xəbərlər
Dünən, 17:17

Bakıda küləkli hava gözlənilir – ƏHALİYƏ XƏBƏRDARLIQ

Xəbər
Dünən, 16:27

Magistral yollarda görünüş məsafəsi ilə bağlı XƏBƏRDARLIQ

Xəbər
Dünən, 15:24

Ali məktəblərə qəbulda ən yüksək nəticə göstərən tələbələrə Prezident təqaüdü verildi

Xəbər
Dünən, 15:00

Siqaret çəkənlərin sayına görə Azərbaycan dünyada neçənci yerdədir?

Xəbər
Dünən, 14:38

MMC direktoru məhkəmə qərarını icra etmədi – Bank hesablarına həbs qoyuldu

Xəbər
Dünən, 14:24

Evini kirayə verənlər nələri bilməlidir? - YENİ QAYDALAR

Xəbər
Dünən, 13:49

Ölkədə ətin qiyməti bahalaşdı

Xəbər
Dünən, 13:34

Xarici vətəndaşlara Azərbaycanda 7,3 milyon manat ƏDV qaytarılıb

Xəbər
Dünən, 13:26

Sabah hava necə olacaq?

Aktual Xəbərlər
Dünən, 13:04

DİN: İctimai qaydanın kobud şəkildə pozulması ilə bağlı 37 nəfər məsuliyyətə cəlb olunub

Aktual Xəbərlər
Dünən, 12:29

Bu ay Azərbaycanda meteor yağışı müşahidə edilə bilər

Xəbər
Dünən, 12:01

Azərbaycanda ən yüksək maaş alanlar kimlərdir? - SİYAHI

Xəbər
Dünən, 11:51

Bakıda torpağı qanunsuz zəbt edən 74 yaşlı qadın axtarışa verildi

Oxşar xəbərlər