“Torqovaya”ya bitişik İslam Səfərli küçəsinə avtomobillərin girişinə qadağa qoyulacaq. Bu haqda bu gün, 23 sentyabr tarixində Bakuplus.az Bakı Nəqliyyat Agentliyinə istianadən xəbər verir.
Küçədə yerləşən çoxlu tarixi abidələrin olması səbəbindən küçə tam insanyönümlü olacaq və piyada zonası yaradılacaq.
Bununla bağlı artıq bütün razılaşmaların əldə olunduğu və layihənin hazırlandığı bildirilir.