Bakının mərkəzində yerləşən İslam Səfərli küçəsində Yeni il ab-havası yaradılır. Bu haqda bu gün, 21 dekabr tarixində Bakuplus.az xəbər verir.
“Torqovaya” yaxınlığında olan küçədə müxtəlif yeni il mövzulu dekorasiyalar quraşdırılır, eyvanlar bəzədilir. Hazırlıq işləri səbəbindən küçədə hərəkətə qismən məhdudiyyət qoyulub.
Dekorasiyaların həmin və yaxınlıqdakı küçələr boyunca quraşdırılması nəzərdə tutulub.
Daha öncə paytaxt ərazisində yeni ilə hazırlıq işlərinin aparılması barədə məlumat verilmişdir.
[URIS id=84063]