Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov yaralı hərbi qulluqçunu ziyarət edib. Bu haqda BakuPlus.az RİH-nin mətbuat xidmətinə istinadən bu gün, 1 oktyabr tarixində xəbər verir.
Yeni Suraxanı qəsəbə sakini Allahverdi Kərimov sentyabrın 12-dən 13-nə keçən gecə Ermənistan silahlı qüvvələrinin təxribatı nəticəsində yaralanıb.
Görüş zamanı RİH başçısı Allahverdi Kərimovun səhhəti ilə maraqlanaraq onu narahat edən məsələləri öyrənib, problemlərini dinləyib.
Hərbi qulluqçumuz göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə dərin minnətdarlığını bildirib.
[caption id="attachment_72633" align="alignnone" width="640"]
Foto Bakı Şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinin Facebook səhifəsi[/caption]