Paytaxtın Suraxanı rayonunda sakinlər və dövlət qurumlarının nümayəndələri arasında görüş keçirilib. Bu haqda bu gün, 10 noyabr tarixində Bakuplus.az rayon İcra Hakimiyyətinə istinadən xəbər verir.
Gülarə Əliyeva adına 3 nömrəli Uşaq İncəsənət Məktəbində keçirilən tədbirdə İcra Hakimiyyətinin başçısı, onun müavinləri, şöbə müdirləri, Bülbülə qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi, bələdiyyə sədri, dövlət orqanlarının yerli idarələrinin və xidmət sahələrinin rəhbərləri iştirak ediblər.
Görüşdə sakinlərin şikayət və təklifləri dinlənilib, onları narahat edən mövzular müzakirə olunub. Ən sonda məsələlərin həlli üçün yerində müvafiq tapşırıqlar verilib.
[caption id="attachment_78517" align="alignnone" width="640"]
Foto Suraxanı Rayon İcra Hakimiyyətinin rəsmi saytı[/caption]