Türkiyənin Ankara şəhərində Fransa Senatının 6 üzvünün təklif etdiyi, Azərbaycana qarşı qərəzli ittihamları özündə əks etdirən, o cümlədən Fransa və digər Aİ ölkələrini Azərbaycandan neft və qaz idxalına embarqo qoymağa çağıran ermənipərəst qətnamə layihəsinə qarşı etiraz aksiyası keçirilib. Bu haqda bu gün, 7 noyabr tarixində Azərtac məlumat verib.
Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun (TADEHF) təşkilatçılığı ilə keçirilən aksiyanın iştirakçıları əllərində Türkiyə və Azərbaycanın dövlət bayraqları, Ermənistanın hərbi cinayətlərini əks etdirən plakatlar olub. Aksiyada ölkələrimizə dəstək şüarları səsləndirilib.
Türkiyə Prezidenti yanında Təhlükəsizlik və Xarici Siyasət Şurasının üzvü, TADEHF-in rəhbəri, professor Aygün Attar etirazçıların bəyanatını oxuyaraq həmin sənədi səfirliyə təqdim edib.
[caption id="attachment_78090" align="alignnone" width="640"]
Foto Azərtac.az saytı[/caption]