top
Təcrübəsiz və işsiz gənclər: Onlar nə etməlidir?
11 fevral 2025, 03:07
- ↺ +

Təcrübəsiz və işsiz gənclər: Onlar nə etməlidir?

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

“Ötən il “Kompüter elmləri” ixtisasından məzun olmuşam. Təhsil aldığım müddətdə və bitirdikdən sonra bir çox vakansiyalar üzrə müraciət etmişəm. Lakin təcrübəsiz olduğum üçün heç bir geri dönüş almamışam”.

Bu sözləri Bakuplus.az-a ali təhsilini bitirdikdən sonra ixtisası üzrə təcrübəsiz olduğu üçün iş tapa bilməyən Elvin Qarayev deyib.

Bu halla qarşılaşan təkcə Elvin deyil. Əksər iş elanlarına baxdıqda diqqətçəkən bir tələb olur - təcrübə.

Aydındır ki, işəgötürənlər əməkdaş seçərkən təcrübəli namizədlərə üstünlük verərək daha çox fayda əldə etməyi hədəfləyir.

Amma bu yanaşmanın tətbiqi bir sual yaradır: əmək stajı olmayan şəxslər işə götürülməsə, onlar bu təcrübəni necə qazanacaqlar?

Məsələ ilə bağlı saytımıza açıqlama verən Vətəndaşların Əmək Hüquqları Liqasının sədri, hüquqşünas Sahib Məmmədov deyib ki, əhali gəncdir, hamı işləmək istəyir:

“Dövlət qulluğuna qəbul zamanı belə bir təcrübə tələb olunmur. Hər kəs ali təhsil aldıqdan sonra dövlət qulluğunda çalışmaq üçün müvafiq test-müsahibə mərhələsini keçmək üçün vakansiyalar üzrə sənədlərini Dövlət İmtahan Mərkəzinə təqdim edə bilər. Eyni zamanda, müəllimlik, həkimlik kimi sahələrdə vakansiyalar varsa, təcrübə tələb olunmadan işə qəbul olunur.

Özəl sektordakı iş prinsipinə gəldikdə isə problemli məsələlər çoxdur. Özəl şirkətlər nəzəri biliklər almış yeni məzunları işə götürdükdə heç bir nəticə əldə edə bilmir. Təhsilə əlavə xərc çəkir, təcrübə öyrədir, sonra işçi daha yüksək əməkhaqqı verən şirkətə gedir. Burada problem təhsillə bağlıdır. Universitetlər yalnız nəzəri biliklər deyil, istehsalla bağlı olmalıdır. Amma onu da deyim ki, günahı universitetlərin üzərinə ata bilmərik. Çünki ölkəmizdə istehsal sahələri də məhduddur. Müəyyən sahələr üzrə ümumiyyətlə istehsal, təcrübə mərkəzləri yoxdur. Olanlar da formal xarakter daşıyır.

Digər bir məsələ - iş yerlərinin sayı məhduddur. Yəni əmək bazarına daxil olanlarla tərk edənlərin sayı arasında çox fərq var. Əhali gəncdir, hamı çalışmaq istəyir, amma işləmək üçün yerlər azdır”.

Sosioloq Üzeyir Şəfiyev isə bildirir ki, tələbələrin praktika keçdikləri müddət iş təcrübəsi kimi hesab edilsin:

“Son dövrlər gənclərin məşğulluğu ilə bağlı məsələ müzakirə mövzusuna çevrilib. Hər il əmək bazarına 100 mindən çox işçi qüvvəsi daxil olur. Bu da Azərbaycan reallığı üçün böyük bir rəqəmdir. Əmək bazarındakı işçi qüvvəsinin ixtisas səviyyəsindən, dərəcəsindən asılı olaraq rəqabət mühiti yaranır.

Şübhəsiz ki, əmək müəssisələri iş təcrübəsi tələb edirlər. Ancaq ali təhsil ocağını yenicə bitirmiş şəxsin iş təcrübəsi haradan olsun? Çox yaxşı olardı ki, kollec, peşə məktəbləri, ali təhsil ocaqlarında tələbələrin praktika keçdikləri müddət iş təcrübəsi kimi hesab edilsin. Çünki tələbələr praktikanı onsuz da əmək müəssisələrində keçirlər.

Eyni zamanda, təhsil müəssisələri əmək bazarındakı vəziyyət haqqında məlumatlı olmalı, ona uyğun kadr hazırlamağı bacarmalıdır. Bununla yanaşı, ixtisas üzrə plan yerləri təyin edərkən, proses əmək bazarının tələblərinə uyğun aparılmalıdır.

Tələbələrin praktika vaxtları artırılmalı, əmək müəssisələri onların praktikasını yüksək səviyyədə oxuduqları məktəblə birgə təşkil etməlidir. Beləliklə də əmək bazarı üçün kadrı təhsil və əmək müəssisələri birgə hazırlamalıdır”.

Bu da belə... Problemin həlli təkcə fərdlərdən deyil, həm də təhsil müəssisələri və işəgötürənlərdən birgə səylər tələb edir. Universitetlər tədris prosesini əmək bazarının tələbinə uyğunlaşdırmalıdır.

Fidan İlqar

Son xəbərlər

Xəbər
Bu gün, 10:29

Bakıda 80 yaşlı kişini maşın vurub öldürdü

Xəbər
Bu gün, 09:34

Bakıda və bölgələrdə təhlükəli vəziyyət ilə bağlı TƏCİLİ XƏBƏRDARLIQ

Xəbər
Bu gün, 09:30

Bakının bu ərazilərində İŞIQ OLMAYACAQ - Masazır, Sulutəpə...

Xəbər
Bu gün, 00:01

Vətən müharibəsinin xronikası: 4 noyabr

Xəbər
Dünən, 18:00

Qardaşına "keçəl" dedi - işə məhkəmədə baxıldı

Xəbər
Dünən, 17:39

Canlı yayımda xəmir yoğuran qadın qəfil vəfat etdi - Bakıda

Xəbər
Dünən, 16:47

Dövlət Ehtiyatları Agentliyinə sədr təyin edilib

Xəbər
Dünən, 15:41

Məktəbin həyətini kafelər və avtomobillər zəbt edib? - İDDİA

Xəbər
Dünən, 14:40

Sabah Bakıda hava çiskinli olacaq

Aktual Xəbərlər
Dünən, 13:46

Mobil telefonlar da POS-terminal hesab ediləcək

İdman
Dünən, 12:45

"Neftçi" rekorda imza atdı

Siyasət
Dünən, 12:19

Səbinə Əliyeva yenidən Ombudsman seçilib

Xəbər
Dünən, 11:56

Himayədar ailələrə verilən uşaqların sayı açıqlanıb

Xəbər
Dünən, 11:40

Bakıda məktəbdə sinif yoldaşını yandıran şagirdin ittihamı ağırlaşdırıldı

Xəbər
Dünən, 11:31

İlham Əliyev Laosun yeni səfirini qəbul edib

Xəbər
Dünən, 11:01

Bakıda özəl məktəblərdə təhsil haqları - SİYAHI

Xəbər
Dünən, 10:26

Atasına "tez ol, ödə, düş" deyən taksi sürücüsünü YUMRUQLADI

Xəbər
Dünən, 10:22

Azərbaycanda neçə çoxuşaqlı ailə var?

Xəbər
Dünən, 09:59

Qazi evini təmir etdirmək istədi, dələduzların toruna düşdü

Siyasət
Dünən, 09:30

Bu gün yeni ombudsman seçiləcək

Xəbər
Dünən, 09:26

Bakı Mühəndislik Universiteti 435 min manatlıq material alacaq

Xəbər
Dünən, 09:16

Bakının 4 rayonunda elektrik olmayacaq

Xəbər
02 noyabr 2026, 18:00

İçərişəhərdəki bir ünvan Qoruq İdarəsinin balansından çıxarıldı

Xəbər
02 noyabr 2026, 17:10

Azərbaycanda 15 yaşlı qız hamilə qaldı - əsgər həbs edildi

Oxşar xəbərlər