top
Tanınmış aktyorun məzarı baxımsızlıqdan bu hala düşdü - FOTO
27 aprel 2026, 11:35
- ↺ +

Tanınmış aktyorun məzarı baxımsızlıqdan bu hala düşdü - FOTO

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Bakının Əhmədli qəsəbəsində yerləşən qəbiristanlıqda ürəkağrıdıcı mənzərə ortaya çıxıb. Vaxtilə Azərbaycan teatr və kino səhnəsində özünəməxsus dəsti-xətti ilə seçilən, tamaşaçıların yaddaşında iz qoyan Əməkdar artist Məmməd Sadıqovun məzarı bu gün baxımsız vəziyyətdədir.

Musavat.com xəbər verir ki, bu barədə sosial şəbəkə istifadəçisi Elçin Şıxəliyev paylaşım edib. Onun sözlərinə görə, sənətkarın məzarının sinə daşı yoxdur, ətrafı isə tamamilə ot basıb. Daha narahatedici məqam isə baş daşının üzərindəki yazıların silinməsi və artıq oxunmaz hala düşməsidir. Paylaşım müəllifi qeyd edir ki, aktyorun məzarını ziyarət edən də demək olar ki, yoxdur.

Qeyd edək ki, Məmməd Əhməd oğlu Sadıqov 1913-cü il mayın 2-də Bakıda anadan olub. Gənc yaşlarında təhsilini yarımçıq qoyaraq sənət yolunu seçən aktyor 1930-cu illərin əvvəlində Bakı İşçi Teatrında fəaliyyətə başlayıb. 1933-cü ildən isə M.Əzizbəyov adına Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının aktyor truppasında çalışıb. Onun səhnədə ilk rolu 1905-ci ildə əsərində Karapet obrazı olub.

Məmməd Sadıqov yaradıcılığı boyu 50-yə yaxın film və tamaşada çıxış edib, xüsusilə komik rolların mahir ifaçısı kimi yadda qalıb. O, "Bəxtiyar", "Sehirli xalat", "Bizim Cəbiş müəllim" kimi ekran əsərlərində rol alaraq geniş tamaşaçı sevgisi qazanıb.

Maraqlı faktlardan biri də odur ki, "Qaynana" filmində Məşədi Kazım obrazının yaradılmasında aktyorun fotoşəklindən istifadə olunub və bu, ekran əsərinə xüsusi rəng qatıb.

Son xəbərlər

Xəbər
Bu gün, 23:10

Bakıda 3 restoran bağlandı

Xəbər
Bu gün, 20:04

Oktyabr ayı üzrə ödənişlər başa çatıb

Siyasət
Bu gün, 19:06

XİN: "Gəmidəki vətəndaşımızın hamısı xilas edilib"

Xəbər
Bu gün, 18:20

Bakıda kişi tanıdığı şəxsin 30 manatlıq telefonunu götürüb qaçdı

Xəbər
Bu gün, 17:43

Azərbaycan alimləri Beynəlxalq elmi qurumda rəhbər vəzifələrə seçildilər

Xəbər
Bu gün, 16:37

Keçmiş arvadının fotosuna söyüş yazıb "TikTok"da paylaşdı, həbs olundu

Xəbər
Bu gün, 15:00

Qaradağ RİH-in sabiq müavini 8 gün sonra azadlığa çıxacaq

Xəbər
Bu gün, 14:45

Bakıda kişi şalvarını ütüləməyən arvadını döydü

Xəbər
Bu gün, 13:54

Ölümünü yuxusunda görən sənətkar...

Xəbər
Bu gün, 12:14

Fərhad Xəlilov "İstiqlal" ordeni ilə təltif edilib

Xəbər
Bu gün, 11:07

"İçərişəhər"-"Həzi Aslanov" metro xəttində birbaşa hərəkət bərpa olunur

Xəbər
Bu gün, 10:31

Arsen Venger U-15 dünya çempionatı üçün Bakıya gəlib

Xəbər
Dünən, 17:52

Yeni Ramanada avtomobillər məhəlləni magistrala çeviriblər - VİDEO

Xəbər
Dünən, 16:47

Azərbaycanlı iş adamı keçmiş arvadını həbs etdirmişdi - qərar ləğv olundu

Xəbər
Dünən, 15:02

Motosiklet qaçıran, skuter və velosiped oğurlayan beş nəfər saxlanılıb

Xəbər
Dünən, 14:14

Buzovna qəsəbəsindəki xəstəxanada rentgen kabineti fəaliyyət göstərmir?

Xəbər
Dünən, 13:40

Əsgərliyə gedənlərin kredit borcları necə ödəniləcək?

Xəbər
Dünən, 13:08

"Peyğəmbərəm" deyib qətl törədən "sayt redaktoru"nun atası ilə bağlı QƏRAR

Siyasət
Dünən, 12:20

Prezidentin Xankəndi, Ağdərə və Xocalıda xüsusi nümayəndəsi vəzifəsindən azad edilib

Xəbər
Dünən, 11:12

Azərbaycanlıların xaricə səfərləri azalıb

Xəbər
Dünən, 10:31

BİR MİLYON manatı "Topaz"da UDUZDU, məhkəməlik oldu

Xəbər
Dünən, 09:24

Bakının iki rayonunda işıq olmayacaq

Xəbər
Dünən, 08:54

Bakıda bu yollarda sıxlıq var - SİYAHI

Aktual Xəbərlər
21 oktyabr 2026, 17:41

553 və 567 nömrəli marşrutların hərəkət sxemi müvəqqəti dəyişdirilib

Oxşar xəbərlər