Azərbaycanlı qrosmeyster Teymur Rəcəbov və həyat yoldaşı Anna Maksakova valideyn olublar. Bu barədə Rəcəbov avqustun 30-da İnstagram səhifəsində paylaşım edib.
"Bu dünyaya xoş gəldin, Nika", - o, postunu imzalayıb. Fotoda gənc valideynlər və onların yeni doğulmuş qızı əks olunublar.
Məşhur qrosmeysterin həyat yoldaşı RSFSR-in xalq artisti Lyudmila Maksakovanın nəvəsidir. Bundan əvvəl, 2011-ci ildə şahmatçı Elnarə Nəsirli ilə ailə qurub, lakin bir müddət sonra cütlük boşanıb. Onların Məryəm adlı bir övladı var.