İşğaldan azad edilmiş ərazilərə - Şuşa, Ağdam və Füzuli rayonlarına sentyabrın 15-17-nə nəzərdə tutulan müntəzəm avtobus reysləri təxirə salınıb və digər tarixlərə təyin edilib. Bu haqda bu gün, 16 sentyabr tarixində Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin mətbuat xidmətinə istinadən Bakuplus.az məlumat verir.
Ötən gün sosial şəbəkələrdə işğaldan azad olunan Qarabağa avtobus marşrutlarının təxirə salınması ilə bağlı xəbərlər yayılıb.
Bu tarixlərə bilet alan vətəndaşlara dəyişikliklər barədə telefonla məlumat verilib.