Azərbaycan Dövlət Uşaq Filarmoniyasına direktor müavini təyinatı olunub.
Bu barədə Bakuplus.az-a Mədəniyyət Nazirliyindən bildirilib.
Qeyd edilib ki, mədəniyyət naziri Adil Kərimlinin müvafiq əmri ilə xormeyster, sənətşünaslıq üzrə fəlsəfə doktoru Leyla Muradzadə bu vəzifəyə təyinat alıb.