top
Uşaqlara ad verilməsi necə tənzimlənməlidir? – ÖZƏL AÇIQLAMA
14 yanvar 2025, 07:00
- ↺ +

Uşaqlara ad verilməsi necə tənzimlənməlidir? – ÖZƏL AÇIQLAMA

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Əli, Fatimə, Məryəm, Zeynəb, Məhəmməd...

Bu adlar 2025-ci ildə valideynlər tərəfindən övladlarına qoyulan ən çox adlar siyahısındadır. Bu gün məktəbdə bir sinfə girsək, Əli yaxud Fatimə adını bir neçə şagirddən eşidərik.

Elə Terminologiya Komissiyasının sədr müavini Sayalı Sadıqova da ötən gün bununla bağlı açıqlama verib. Sədr müavini bildirib ki, yeni doğulan uşaqlara eyni adların təkrar-təkrar verilməsinin qarşısı alınmalıdır:

“Azərbaycan dilində izahlı lüğətlər hazırlanıb. Bu lüğətlərdə 12-13 minə qədər ad öz əksini tapıb. Bir məktəbdə, sinifdə Əli yaxud Fatimə adının 15-20 nəfərə verilməsi yaxşı hal deyil.

Məsələn, uşağa Zeynəb, Fatimə, Məryəm adlarının birlikdə verilməsi ilə bağlı müraciət edilmişdi. Bu adların ancaq birinin yazılması tövsiyə edilib”.

Maraqlıdır, ad seçərkən nələrə diqqət edilməlidir?

Bu barədə Bakuplus.az-a açıqlama verən Dilçilik İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Təranə Şükürlü deyir ki, ad insanın pasportudur:

“Şəxs adlarının əsas xüsusiyyəti ictimai yerlərdə, iş prosesində, nitqdə daha çox işlənməsidir. Ad seçmə prosesində müasir ictimai tələblər, mədəni səviyyə nəzərə alınmalıdır. Niyə dini adlara üstünlük verilir? Mən bir insana eyni adların çox qoyulmasına tərəfdar deyiləm. Bizim dildə şəxs adlarının lüğətləri mövcuddur. Bu lüğətlərə yeni adlar da daxil edilib. Valideynlərə ad seçərkən belə lüğətlərdən istifadə etməyi tövsiyə edərdik. Dini və alınma adların çox qoyulması məncə, fərdi istəklərdən asılıdır. Başqa dillərdən hər zaman adlar alınıb. Azərbaycan dilinə də başqa dillərdən ad keçmişdir.

Tənzimlənmə üçün yaxşı olar ki, şəxs adları lüğətinə müraciət edək. Ad seçmə azad prosesdir. Burada insanlara təsir göstərmək yalnız maarifləndirici yolla mümkündür”.

Saytımıza məsələni dini mövqedən şərh edən dini məsələlər üzrə ekspert Kənan Rövşənoğlu deyir ki, ilk növbədə məmurların və ya digər bəzi insanların dini adların çoxluğundan narahat olması başa düşülən deyil:

“ABŞ-nin hazırkı prezidentinin adı Cozefdir, yəni bizim dilimizdə Yusif. İndi kimsə deyə bilər ki, ABŞ prezidentinin adı dinidir və bu adların çox qoyulması yaxşı hal deyil? Hər bir xalqda çox yayılmış adlar var və bu heç kimi narahat etmir. Ümumilikdə isə dini adlar dediyimiz adların qoyulmasının 3 səbəbi var. Birincisi, sırf ailədən gələn adlar olması. Yəni, məsələn, uşağın babası və ya ulu babasının adı Məhəmməd, Əli, Hüseyn, nənəsinin adı Fatimə, Zəhra, Zeynəb olduğu üçün öz övladına bu adı qoyur. Yəni bu bir ailə ənənəsidir. Azərbaycanda bəyəm Əli və ya Zəhra adı müstəqillikdən sonra qoyulub? Sovet dövründə də ən çox qoyulan bu adlar idi. İndi də bu ənənə var. İkinci səbəb xalq inancları ilə bağlıdır. Yəni insanlar inanır ki, müqəddəs şəxslərin adlarını övladlarına qoyması onlar üçün uğur gətirə bilər.

Bizim xalqın ənənələrində Əli, Fatimə sevgisi sadəcə dini mövzu olmaqdan çıxaraq xalq adətləri və gündəlik həyata sirayət edib. Analar övladlarını uzaq səfər göndərəndə Əliyə, Fatimə anaya əmanət edirdilər. Yəni bu bir xalq inancıdır. Üçüncü səbəb isə sırf dini səbəbdir. Yəni dindar insanlar bu adlara müraciət edirlər. Bir daha qeyd edirəm ki, bu, tamamilə dindarlıqla bağlı deyil. Bu adlar artıq xalq yaddaşına hopub və belə demək olarsa, milliləşib. Hətta sovet dövründə Azərbaycanda ən çox qoyulan adlar arasında Əli, Əlirza, Məhəmməd, Hüseyn, Həsən, Əbülfəz, Zəhra, Fatimə, Zeynəb kimi adlar çoxluq təşkil edirdi. Mövzunu sırf dinlə bağlamaq düzgün deyil. Üstəlik qeyd etdiyim kimi eyni adların çoxluğundan da narahat olmağa dəyməz. Bu, bütün dünya xalqlarında var, hər xalq öz sevdiyi şəxslərə ehtiram olaraq o cümlədən dini müqəddəslərinin adlarına çox müraciət edir. Bunun səbəblərini də qeyd elədim”.

Fidan İlqar

 

Son xəbərlər

Xəbər
Dünən, 17:54

Sağlamlıq mərkəzinin rəhbərindən 30 min tələb edən qazi azadlığa buraxıldı

Aktual Xəbərlər
Dünən, 16:21

Dəmir Yolları bayram günlərində gücləndirilmiş rejimdə fəaliyyət göstərəcək

Aktual Xəbərlər
Dünən, 15:14

Vergi Məcəlləsinə dəyişiklikdən 10 min vergi ödəyicisinin faydalanacağı gözlənilir

Siyasət
Dünən, 14:26

Prezident və birinci xanım Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər

Xəbər
Dünən, 13:45

Bakıda 24 il əvvəl ali məktəbdə törədilmiş qətlin üstü açıldı

Xəbər
Dünən, 12:29

Yasda gülməsinə irad bildirən xalaoğlunu bıçaqladı

Xəbər
Dünən, 12:20

Zəfər günü Bakıda yürüş olacaq

Xəbər
Dünən, 11:02

Sosial şəbəkələrdə təhqir və böhtanla bağlı şikayətlərə hansı məhkəmələr baxır? - Hakimdən açıqlama

Xəbər
Dünən, 10:12

Bakıda ötən ay avtobuslarla 54 milyona yaxın sərnişin daşınıb

Xəbər
Dünən, 09:56

Bakıda avtomobil 71 yaşlı qadını vuraraq öldürüb

Xəbər
Dünən, 09:47

Bakıda sevgilisinin başını kəsən kişi həbsdə insult keçirdi

Xəbər
Dünən, 09:47

"Omid"in rəhbəri işçisini döydüyü üçün həbs edilib

Xəbər
05 noyabr 2026, 18:09

"330 manatlıq gödəkçəni yararsız hala saldılar, üzr istəmədilər" - İDDİA

Xəbər
05 noyabr 2026, 16:08

Murtuza Muxtarov Vladiqafqazda niyə məscid tikdirib?

Xəbər
05 noyabr 2026, 15:54

Ağıllı saatlara görə aksiz vergisi alınacaq

Xəbər
05 noyabr 2026, 15:53

İlham Əliyev bəzi media nümayəndələrini təltif etdi - SİYAHI

Xəbər
05 noyabr 2026, 15:19

Sabah Bakıda hava dəyişəcək - güclü külək, intensiv yağış

Xəbər
05 noyabr 2026, 14:33

Nominal orta aylıq əmək haqqı 8,7% artacaq

Xəbər
05 noyabr 2026, 13:35

203 nömrəli marşrutun avtobusları yenilənir

Xəbər
05 noyabr 2026, 11:40

Bir sıra vergi güzəştlərinin müddəti uzadılır

Xəbər
05 noyabr 2026, 11:35

Yaşa görə əmək pensiyasının orta məbləğinin 680 manat olacağı proqnozlaşdırılır

Xəbər
05 noyabr 2026, 10:44

Cinayətdə şübhəli bilinən 62 nəfər tutuldu

Siyasət
05 noyabr 2026, 10:36

Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

Xəbər
05 noyabr 2026, 10:09

25 ilini yerin altında keçirən şairimizin doğum günüdür

Oxşar xəbərlər