top
Bu gün Beynəlxalq Abidələr və Tarixi Yerlər Günüdür
18 aprel 2026, 09:23
- +

Bu gün Beynəlxalq Abidələr və Tarixi Yerlər Günüdür

Bu gün dünyada Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü kimi qeyd olunur. Bu əlamətdar gün Tarixi Yerlər və Abidələrin Mühafizəsi Şurasının (ICOMOS) təklifi ilə UNESCO tərəfindən 1983-cü ildə təsis olunub. Məqsəd insanların diqqətini abidələrin və tarixi yerlərin qorunmasına yönəltməkdir.

AZƏRTAC  xəbər verir ki, bu əlamətdar gün Azərbaycanda da geniş qeyd olunur. Hər il bu tarixdə qoruqlarda, tarixi məkanlarda abidələrin və tarixi yerlərin qorunmasının təbliği məqsədilə müxtəlif tədbirlər, sərgilər təşkil edilir.

İnsanın yaratdığı abidələr, yaşadığı yerlər zahirən dilsiz olsa da, mövcud durumu ilə bizə çox şey söyləyir. Abidələrin və tarixi yerlərin dağıdılması xalqın, millətin varlığının məhvi deməkdir. Təkcə XX əsrdə baş vermiş iki Dünya müharibəsi nəticəsində nə qədər dağıntılar olub. Hazırda dünyada minlərlə abidə məhv olmaq təhlükəsi ilə üz-üzədir. Bu baxımdan Beynəlxalq Abidələr və Tarixi Yerlər Gününün təsis olunması böyük əhəmiyyətə malikdir.

Ölkəmiz dünyada bəşər sivilizasiyasının ilkin meydana gəldiyi ərazilərdən biridir. Arxeoloji qazıntıların nəticələri göstərir ki, Azərbaycanda yaşamış insanların keçdikləri keşməkeşli və şərəfli yollar qədim yaşayış məskənlərində və çoxsaylı abidələrdə öz əksini tapıb. Yaşadığımız dövrə gəlib çatan bu abidələr hazırda çox qiymətli nümunələr kimi qorunur. Ölkəmizin hər yerində yaşı əsrləri və minillikləri əhatə edən tarixi abidələr mövcuddur. Bütün bunlar xalqımızı torpağa, əcdadlarına bağlayan qırılmaz tellərdir. Azıx mağarasından tapılmış və azıxantrop adlandırılan qədim insanın alt çənə sümüyü Azərbaycanın dünyada ən qədim ibtidai insan məskənlərindən biri olmasını sübut edir. Qobustanda aşkar edilmiş yaşayış məskənləri bu ərazidə ən qədim dövrlərdən insanların məskunlaşdığını təsdiqləyir.

Ölkəmizin ərazisində Manna, daha sonralar cənubda Atropatena dövlətinin yaranması nəticəsində şəhərlər salınıb, müdafiə tikililəri, əzəmətli qala divarları inşa edilib. Qafqaz Albaniyası dövründə şəhərsalma sahəsində mühüm addımlar atılıb. Qəbələ şəhərinin möhkəm qala divarları, saxsı borularla çəkilmiş su kəməri, Dəmirqapı keçidində daşdan tikilmiş müdafiə sistemi, Çıraqqala, Ləkit kəndindəki dairəvi xristian məbədi və digər yerlər şəhərsalma mədəniyyətinin yüksək səviyyəsini göstərir. Ümumiyyətlə, İslamdan əvvəl və sonra ölkəmizin ərazisində qiymətli abidələr inşa olunub. Orta əsrlərə aid abidələr (Möminə Xatun, Qarabağlar, Gülüstan, Bərdə türbələri, Şirvanşahlar sarayı, Şəki xan sarayı, Şuşa şəhərinin abidələri və s.) nəinki Şərq, hətta dünya memarlığının ən gözəl incilərindəndir. Bu məqamda Ulu Öndər Heydər Əliyevin müdrik kəlamlarını qeyd etmək yerinə düşər: "Biz tarixi keçmişimizə nəzər salarkən, ulu babalarımızın yaratdığı və indiyə qədər yaşayan abidələrlə, qalalarla, şəhərlərlə, heykəllərlə, yollarla – yaradılan hər bir şeylə fəxr edir və bunları yaradanları daim xatırlayır, onlara öz minnətdarlığımızı bildiririk".

Abidələrimizin və tarixi yerlərimizin məhv olmaq təhlükəsi ölkəmizin bəzi bölgələrindən də yan ötməyib. İşğaldan azad edilmiş torpaqlarımızda Ermənistanın hərbi birləşmələri milli mədəniyyət abidələrimizi qəddarcasına dağıdıb.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 2 avqust tarixli Qərarı ilə təsdiq edilmiş dövlət tərəfindən mühafizə olunan daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısında Qobustan qoruğunda 1067 sayda dünya əhəmiyyətli, "İçərişəhər" Tarix-Memarlıq Qoruğunda 3 dünya, 93 ölkə, 2568 yerli əhəmiyyətli, "Qala" Tarix-Etnoqrafiya Qoruğunda 7 ölkə, 234 yerli, "Nardaran" Tarix-Mədəniyyət Qoruğunda 1 dünya, 5 ölkə, 7 yerli, "Atəşgah məbədi" Tarix-Memarlıq Qoruğunda 1 dünya əhəmiyyətli tarixi abidə qeydə alınıb. Son illər ərazidə 1700-dək yeni abidə aşkar olunub. Tariximizin təcəssümü olan bu abidələr turizm baxımından da böyük əhəmiyyət daşıyır.

Tarixi abidələrimizin qorunması və gələcək nəsillərə çatdırılması sahəsində dövlətimizin başçısı İlham Əliyevin, Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın ölkə daxilində və xaricində həyata keçirdikləri böyük işlər hər kəs üçün ən gözəl örnəkdir.

"İçərişəhər" memarlıq kompleksi, Qobustan Dövlət Tarixi-Bədii Qoruğu UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilib. Qobustandakı muzey isə 2013-cü ildə Avropanın ən yaxşı muzeyləri sırasında olub. Milli mədəni irsin qorunmasını təmin etmək, "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasını həyata keçirmək məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 27 dekabr tarixli Sərəncamı ilə təsdiq olunmuş "Daşınmaz tarix və mədəniyyət abidələrinin bərpası, qorunması, tarix və mədəniyyət qoruqlarının fəaliyyətinin təkmilləşdirilməsi və inkişafına dair 2014-2020-ci illər üzrə Dövlət Proqramı" isə görüləcək işlərin istiqamətini dəqiq müəyyən edən qiymətli sənəddir. Bu sənədə daşınmaz tarix-mədəniyyət abidələrinin yeni siyahısının tərtibi, bərpa-konservasiya işlərinə dair normativ sənədlərin beynəlxalq standartlara uyğunlaşdırılması, qoruqların maddi-texniki bazasının gücləndirilməsi, yüksəkixtisaslı kadrların hazırlanması, beynəlxalq təşkilatlarla əməkdaşlığın inkişafı kimi vacib məsələlər daxil edilib.

Azərbaycan rəhbərliyinin böyük diqqət və qayğısı sayəsində ölkəmizdə tarixi abidələrin tədqiqi, mühafizəsi və bərpası, mədəniyyət nümunələrinin beynəlxalq aləmdə təbliği istiqamətində böyük işlər görülür. Bütün bunlar isə Azərbaycanın qlobal dünyaya öz maddi və mənəvi mədəniyyəti ilə birgə inteqrasiyasını təmin edir.

 

Son xəbərlər

Xəbər
Bu gün, 14:23

Xalq artisti: "Gənclərimiz iki-üç il birlikdə yaşasınlar, sonra ailə qursunlar"

Xəbər
Bu gün, 13:13

Sabah Bakıda 27 dərəcə isti olacaq

Xəbər
Bu gün, 11:31

Süleyman Mikayılovun müavini və digərlərinin işi yüngülləşdi

Xəbər
Bu gün, 10:50

Bakıda gözəllik salonlarına qənim kəsilən gənc həbs edildi

Xəbər
Bu gün, 09:58

Bu gündən müəllimlərin işə qəbulu üzrə müsabiqənin elektron sənəd qəbulu mərhələsi başlayır

Xəbər
Dünən, 18:00

Sabahın hava proqnozu

Xəbər
Dünən, 17:30

Bakıda neft şirkətinin əməkdaşı iş yerində öldü

Xəbər
Dünən, 17:00

AYNA vəkilə 2 manat parklanma pulu ödəyəcək

Xəbər
Dünən, 16:30

"Sabah" Çempionlar Liqasına Avstriyada hazırlaşacaq

Xəbər
Dünən, 16:24

Bakıda şəhid xanımı müavinət kartına görə öldürüldü?- ŞOK DETALLAR

Xəbər
Dünən, 15:30

Keçmiş arvadını dayısı oğlu ilə birgə oğurladı, şillə-təpiklə döydü

Xəbər
Dünən, 14:37

Bakıda marketə BASQIN: Satıcını döyüb malları apardılar - VİDEO

Xəbər
Dünən, 13:49

Polkovnikə cinayət işi açıldı - Zərərçəkmiş isə həbsdədir

Xəbər
Dünən, 13:46

Bakıda binadan yıxılan gənc qız SAĞ QALDI

Xəbər
Dünən, 11:55

Akademik Musiqili Teatrda "Balaca şahzadə" əsəri əsasında hazırlanmış eyniadlı tamaşa nümayiş olunub

Xəbər
Dünən, 10:34

Masazırda yüzlərlə həyəti su basıb

Xəbər
Dünən, 09:32

Bakıda faciə: Qatar kişini vurub öldürdü

Xəbər
01 iyun 2026, 18:00

Bakıda motosiklet qaçıran yeniyetmə tutuldu

Xəbər
01 iyun 2026, 17:10

Usta təmir işləri apardığı evdən altı min dollar oğurladı

Xəbər
01 iyun 2026, 16:10

Tanışını öldürməkdə ittiham edilən mağaza sahibi məcburi müalicəyə göndərildi

Xəbər
01 iyun 2026, 15:10

Qəbul imtahanının 2-ci mərhələsinin 2-ci cəhdində iştirak etmək üçün qeydiyyat başlanıb

Xəbər
01 iyun 2026, 14:10

Bakıda evdən 22 yaşlı oğlanın meyiti tapıldı

Xəbər
01 iyun 2026, 14:06

Məmmədli sakinlərinin nəqliyyat PROBLEMİ: "Avtobuslar kəndə girmir"

Xəbər
01 iyun 2026, 13:18

"Vəziyyət dözülməz həddə çatıb" – Novxanıdan şikayət

Xəbər
01 iyun 2026, 13:03

Sabah Bakıda 23 dərəcə isti olacaq

Xəbər
01 iyun 2026, 12:04

Bakıda FACİƏ: 11 yaşlı qız 7-ci mərtəbədən yıxılıb öldü

Xəbər
01 iyun 2026, 10:17

Azərbaycan radiosunun keçmişindən bəhs edən kitab çap olundu

Aktual Xəbərlər
01 iyun 2026, 09:57

İmtahan ballarını pulla "artıranlar" PEYDA OLDU: DİM-dən ÇAĞIRIŞ

Oxşar xəbərlər