top
Sosial şəbəkələrdə təhqir və böhtanla bağlı şikayətlərə hansı məhkəmələr baxır? - Hakimdən açıqlama
Dünən, 11:02
- ↺ +

Sosial şəbəkələrdə təhqir və böhtanla bağlı şikayətlərə hansı məhkəmələr baxır? - Hakimdən açıqlama

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Sosial şəbəkələrdə və digər internet informasiya ehtiyatlarında böhtan və təhqirə məruz qalan şəxslərin hüquqlarının müdafiəsi, məhkəməyə müraciət qaydaları və sübutların təqdim edilməsi ilə bağlı mühüm məqamlara aydınlıq gətirilib.

Bununla bağlı danışan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Fuad Axundov bildirib ki, böhtan və təhqirlə bağlı xüsusi ittiham qaydasında şikayətlər yazılı formada aidiyyəti birinci instansiya məhkəməsinə təqdim edilməlidir.

Hakimin sözlərinə görə, ümumi qaydaya əsasən, belə şikayətlərə cinayətin törədildiyi yer üzrə məhkəmədə baxılır. Məsələn, kütləvi çıxış zamanı təhqiramiz ifadənin işlədildiyi yer məlumdursa, şikayət həmin ərazi üzrə səlahiyyətli məhkəməyə verilməlidir.

F. Axundov qeyd edib ki, media və internet informasiya ehtiyatlarında yayılan böhtan və təhqir xarakterli məlumatlarla bağlı məhkəmə aidiyyətinin müəyyən edilməsinin xüsusi qaydaları mövcuddur. Bu məsələ Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2014-cü il 21 fevral tarixli qərarının 12-ci bəndində izah olunub.

Belə ki, müvafiq media vasitəsinin və ya internet informasiya ehtiyatının hüquqi ünvanı məlumdursa, məhkəmə aidiyyəti, bir qayda olaraq, həmin ünvan nəzərə alınmaqla müəyyən edilir. Hüquqi ünvan məlum olmadıqda və ya informasiya ehtiyatı xaricdə qeydiyyata alındıqda isə şikayətə məlumatı yaymış şəxsin Azərbaycan Respublikasındakı axırıncı yaşayış yeri üzrə məhkəmədə baxılır.

Hakim bildirib ki, məsələn, Facebook sosial şəbəkəsində şəxs barəsində böhtan xarakterli məlumat yayıldıqda, həmin platformanın xaricdə qeydiyyata alınması nəzərə alınaraq şikayət məlumatı yaymış şəxsin Azərbaycandakı qeydiyyat ünvanı üzrə birinci instansiya məhkəməsinə təqdim edilməlidir. Bu halda paylaşımın fiziki olaraq Bakıda və ya başqa ərazidə edilməsi məhkəmə aidiyyətini müəyyən etmir.

F. Axundov böhtan və təhqirlə bağlı məhkəməyə müraciət edərkən sübutların düzgün toplanmasının əhəmiyyətini də vurğulayıb.

Onun sözlərinə görə, ilk növbədə, mübahisə doğuran paylaşımın mənbəyi və məzmunu qorunmalıdır. Bunun üçün paylaşımın internet keçidinin, hesabın və ya kanalın adının, yayım tarixinin, mətnin, eləcə də video materialların saxlanılması məqsədəuyğundur. Video materiallarda mübahisələndirilən ifadənin səsləndiyi hissə müəyyən edilməli, bununla yanaşı, həmin ifadənin işlədildiyi ümumi kontekst də qorunmalıdır.

Ekran görüntüləri təqdim edildikdə onların nə vaxt və hansı hesabdan əldə olunduğunun göstərilməsi də vacibdir. Çünki məhkəmə təqdim edilən sübutların mənbəyini, həqiqiliyini və konkret şəxsə aidiyyətini yoxlayır.

Hakim diqqətə çatdırıb ki, xüsusi ittiham qaydasında şikayətin forma və məzmununa dair tələblər Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 293.3.1–293.3.7-ci maddələrində müəyyən edilib.

Həmin tələblərə əsasən, şikayətdə müraciət edən şəxsin adı, soyadı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyəti, eləcə də şikayətə səbəb olan əməlin mahiyyəti, törədildiyi yer, vaxt və şərait göstərilməlidir. Vurulmuş ziyan varsa, bu barədə məlumat da qeyd olunmalıdır.

Bundan başqa, barəsində şikayət verilən şəxsin anket məlumatları və yaşayış yeri, əməli məhz həmin şəxsin törətdiyini təsdiqləyən məlumatlar, şahidlər, sənədlər və digər sübutlar şikayətə əlavə edilməlidir.

F. Axundov xüsusi vurğulayıb ki, böhtan və ya təhqir hesab edilən konkret ifadələrin şikayətdə dəqiq göstərilməsi mühüm əhəmiyyət daşıyır. Şikayətdə şəxsin cinayət məsuliyyətinə cəlb olunması barədə xahiş, sənədin tərtib edildiyi yer, tarix və şikayətçinin imzası da olmalıdır.

Son xəbərlər

Xəbər
Bu gün, 12:33

Bakıda internet kabeli çəkən usta 36 bıçaq zərbəsi ilə öldürüldü

Xəbər
Bu gün, 11:52

Neft Daşlarında ilk quyunun fontan vurmasından 77 il ötür

Xəbər
Bu gün, 10:53

Xətai rayonunda ağaclar gecə saatlarında kökündən çıxarıldı? - İDDİA

Xəbər
Bu gün, 10:04

Səkkiz il işsiz qalan, Tacikistandan balerina qaçıran Xalq artisti - Sənətkarın ad günüdür

Xəbər
Dünən, 17:54

Sağlamlıq mərkəzinin rəhbərindən 30 min tələb edən qazi azadlığa buraxıldı

Aktual Xəbərlər
Dünən, 16:21

Dəmir Yolları bayram günlərində gücləndirilmiş rejimdə fəaliyyət göstərəcək

Aktual Xəbərlər
Dünən, 15:14

Vergi Məcəlləsinə dəyişiklikdən 10 min vergi ödəyicisinin faydalanacağı gözlənilir

Siyasət
Dünən, 14:26

Prezident və birinci xanım Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər

Xəbər
Dünən, 13:45

Bakıda 24 il əvvəl ali məktəbdə törədilmiş qətlin üstü açıldı

Xəbər
Dünən, 12:29

Yasda gülməsinə irad bildirən xalaoğlunu bıçaqladı

Xəbər
Dünən, 12:20

Zəfər günü Bakıda yürüş olacaq

Xəbər
Dünən, 10:12

Bakıda ötən ay avtobuslarla 54 milyona yaxın sərnişin daşınıb

Xəbər
Dünən, 09:56

Bakıda avtomobil 71 yaşlı qadını vuraraq öldürüb

Xəbər
Dünən, 09:47

Bakıda sevgilisinin başını kəsən kişi həbsdə insult keçirdi

Xəbər
Dünən, 09:47

"Omid"in rəhbəri işçisini döydüyü üçün həbs edilib

Xəbər
05 noyabr 2026, 18:09

"330 manatlıq gödəkçəni yararsız hala saldılar, üzr istəmədilər" - İDDİA

Xəbər
05 noyabr 2026, 16:08

Murtuza Muxtarov Vladiqafqazda niyə məscid tikdirib?

Xəbər
05 noyabr 2026, 15:54

Ağıllı saatlara görə aksiz vergisi alınacaq

Xəbər
05 noyabr 2026, 15:53

İlham Əliyev bəzi media nümayəndələrini təltif etdi - SİYAHI

Xəbər
05 noyabr 2026, 15:19

Sabah Bakıda hava dəyişəcək - güclü külək, intensiv yağış

Xəbər
05 noyabr 2026, 14:33

Nominal orta aylıq əmək haqqı 8,7% artacaq

Xəbər
05 noyabr 2026, 13:35

203 nömrəli marşrutun avtobusları yenilənir

Xəbər
05 noyabr 2026, 11:40

Bir sıra vergi güzəştlərinin müddəti uzadılır

Oxşar xəbərlər