Xalası oğlunu bıçaqlamaqda təqsirləndirilən Səid Babazadənin barəsindəki cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən yekun iclasda hökm oxunub, S.Babazadə 1 il 6 ay sınaq müddəti tətbiq olunmaqla 3 il azadlıqdan şərti məhrum edilib.
Hadisə 2026-cı il martın 27-də Sabunçu rayonu ərazisində baş verib.
Belə ki, Səid Babazadə xalasının oğlu Elşad Bayramovla birlikdə yas mərasimində iştirak ediblər. Gənclərlə söhbət zamanı Səid Babazadənin güldüyünü görən Elşad Bayramov ona irad bildirib. Bundan sonra aralarında yaranan mübahisə zamanı S.Babazadə E.Bayramovun döş qəfəsindən bıçaqla vuraraq, sağlamlığına ağır xəsarət yetirib.
Faktla bağlı cinayət işi başlanılıb, Səid Babazadə Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə ittiham olunub, barəsində polisin nəzarəti altına verilmə qətimkan tədbiri seçilib.
Mənbə: oxu.az