Paytaxtın Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Mayak yeni yaşayış massivində təmizlik işləri aparılır. Bu haqda bu gün, 14 oktyabr tarixində Bakuplus.az rayon İcra Hakimiyyətinə istinadən xəbər verir.
İcra Hakimiyyətinin və Mənzil Kommunal Təsərrüfatı Birliyinin təşkilatçılığı ilə keçirilən iməcilik zamanı ərazi məişət tullantıları və polietilen torbalardan təmizlənib.
Tədbirdə yerli sakinlər və qurumların əməkdaşları iştirak ediblər.