Paytaxtın Xətai rayonu, Gəncə prospektində qanunsuz ağac kəsilib. Bu haqda bu gün, 24 dekabr tarixində Bakuplus.az Ekologiya Nazirliyinə istinadən xəbər verir.
Aparılan araşdırma zamanı məlum olub ki, “Xətai Park” yaşayış kompleksinin həyətində yerləşən 15 ədəd şam ağacı icazə olmadan kəsilib.
Aşkarlanan faktla bağlı “Xətai Park” MMC cərimələnib.