Paytaxtın Xətai rayonu, “Ağ Şəhər” kompleksinin ətrafındakı ərazi tullantılardan təmizlənib. Bu haqda bu gün, 11 yanvar tarixində Bakuplus.az xəbər verir.
Süleyman Vəzirov küçəsində uzun müddətdir qalan məişət və inşaat tullantıları Xətai rayon İcra Hakimiyyəti tərəfindən təmizlənib.
Bir neçə gün öncə Bakuplus.az həmin ərazidəki zibillik problemini işıqlandırmışdır.