Xalq artisti Könül Xasıyeva müalicəsi üçün 254.000 manat toplayıb. Bu haqda BakuPlus.az Axsham.az-a istinadən bu gün, 7 noyabr tarixində xəbər verir.
Xanəndənin müalicəsi üçün lazım olan 254 min manatı toplaması barədə Xasıyeva özü məlumat yayıb. O bildirib ki, sevənlərindən biri ona 60 min dollar verib.
Muğam ifaçısı müalicəsi üçün Almaniyaya yollanacaq.
Bundan əvvəl K.Xasıyeva bir xanım rəfiqəsinin ona 100.000 bağışladığını demişdi. O, eyni zamanda Əməkdar artist Yusif Mustafayevin 1000 dollar göndərdiyini açıqlayıb.
Daha sonra isə ifaçı bir xanımın 30.000 manat, Rusiyada yaşayan bir bəyin isə 20.000 manat bağışladığını açıqlayıb.