Paytaxtın Binəqədi rayonu, Xocəsən qəsəbəsi, “Xocəsən” məscidi yaxınlığında piyada səkisi qaz borusunun keçməsi səbəbindən zəbt olunub. Bu haqda bu gün, 14 dekabr tarixində Bakuplus.az xəbər verir.
Adıçəkilən qəsəbənin əsas yollarından birində avtobus dayanacağının yanında onsuz da baxımsız və dar olan piyada səkisinin ortasından qaz borusu çəkilib. Bu da sakinlərin hərəkətinə ciddi maneə yaradır.
Daha öncə, 19 mart tarixində Sabunçu rayonu, Bakıxanov qəsəbəsində qaz borusunun piyada səkisinin üzərindən keçdiyi haqda məlumat yayılmışdı.