Paytaxtın Binəqədi rayonu, Xocəsən qəsəbəsinin Hüriyyət küçəsi əsaslı təmir olunur. Bu haqda bu gün, 6 sentyabr tarixində Bakuplus.az Avtomobil Yolları Dövlət Agentliyinə istinadən xəbər verir.
Hazırda uzunluğu 470 m olan küçədə köhnə asfalt örtüyü qaşınaraq, 12 sm hündürlükdə yenisi çəkilir. Daha sonra zəruri yerlərdə nişanlanma xətləri çəkiləcək, nişanlar quraşdırılacaq.
Cari il ərzində Binəqədi rayonu ərazisində ümumilikdə 13,6 km uzunluğunda küçələrin təmir olunması nəzərdə tutulub.
[caption id="attachment_68550" align="alignnone" width="1024"]
Foto AAYDA-nın rəsmi saytı[/caption]