Rəssam Aydan Salahova ilə görüş keçiriləcək. Bu haqda 1 oktyabr tarixində Bakuplus.az məlumat verir.
Görüş 5 oktyabr saat 19:00-da YARAT Mərkəzində baş tutacaq. Rəssam, heykəltaraş, qalereya işi üzrə menecer və ictimai xadim Aydan Salahova ilə görüş zamanı onun fəaliyyəti, yeni layihələri, həmçinin cari hadisələrin incəsənət sferasına və rəssamlara təsiri, incəsənət səhnəsindəki metamorfozlar və gələcək perspektivlər haqqında müzakirə keçiriləcək. Müzakirə rus dilində olacaq.
Aydan Salahovanın əsərləri Tretyakov Qalereyası, Moskva Müasir İncəsənət Muzeyi, Rus Muzeyi, "Yekaterina" Mədəniyyət Fondu, Teutloff Museum və müxtəlif ölkələrin şəxsi kolleksiyalarında saxlanılır.
Görüşdə iştirak etmək üçün əvvəlcədən qeydiyyatdan keçmək lazımdır. COVID pasportunun təqdimi mütləqdir.