Bakıya “Pepper” adlı robot-humanoid gətirilib. Bu haqda bu gün, 3 sentyabr tarixində Bakuplus.az “YARAT” incəsənət Mərkəzinə istinadən xəbər verir.
Emosiya və səs siqnallarını oxuyub təhlil edə bilən robot müxtəlif məişət işlərini görməyə qadirdir. O, insanlarla danışaraq öz söz lüğətini də artıra bilir. Robot-humanoid "gen?fest" Uşaq Festivalında nümayiş olunacaq.
Tədbir 10 sentyabr saat 13:30-da başlayacaq. İştirak üçün İticket.az saytından ödənişsiz qeydiyyatdan keçmək mümkündür.