Paytaxtın Yasamal rayonu, Dadaş Bünyadzadə küçəsində yollar palçıq içindədir. Bu haqda bu gün, 14 dekabr tarixində Bakuplus.az AzTV-yə istinadən xəbər verir.
Yeni Yasamal yaşayış massivində yerləşən küçənin yolu yağışdan sonra gölməçəyə çevrilir. Yolların kələ-kötür olması avtomobillərin hərəkətinə ciddi maneələr yaradır.
“Kanalizasiya yaxşı işləmir. Yağı yağan kimi bu vəziyyət yaranır. Nə qədər avtomobillərə ziyan dəyib”, - deyə sakinlər şikayət edirlər.
“Azərsu” ASC məsələ ilə bağlı bildirib ki, kanalizasiya sistemləri maksimal vəziyyətdə çalışır, ancaq yağış sularının qarşısını tam almaq mümkün olmur. AAYDA-dan isə qeyd etdilər ki, sözügedən küçədə plana uyğun təmir işləri aparılacaq.